image-2000x150px
image-123
image-ads_atlas
image-media_-1backend

Onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi – FOTO

image-728x90px
Agentlikdən “Doğru.Az“-a verilən məlumata görə, Əhməd İsmayılov bildirib ki, maliyyə yardımının göstərilməsində əsas məqsəd onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir və bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müqavilə üzrə öhdəliklərin tam icra olunması, xüsusilə maliyyə yardımına dair hesabatlılığın vaxtında təmin edilməsi zəruridir.

Onlayn media subyektlərinin rəhbərləri tərəfindən ötən dövr ərzində maliyyə yardımının göstərilməsi nəticəsində bir çox veb-saytların texniki problemlərinin həll edildiyi, yeni rubrikaların yaradıldığı, bəzilərinin tamamilə yeni tərtibata keçdiyi, həmçinin müvafiq media subyektlərində fəaliyyət göstərən jurnalistlərin əmək münasibətlərinin rəsmiləşdirildiyi xüsusilə vurğulanıb.

Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-dsc_9941

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki