Səkkiz OPEC+ ölkəsi bu ilin dekabr ayında neft hasilatını noyabr səviyyəsindən gündəlik 137 min barel artırmaq qərarına gəlib.
Doğru.az xəbər verir ki, bu ölkələr Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, BƏƏ, Oman və Əlcəzairdir. Qurumun saytında bildirilir ki, bu qərar qlobal iqtisadiyyatın sabit perspektivi və aşağı neft ehtiyatlarının göstəricilərinə əsaslanaraq qəbul edilib.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, 2025-ci ilin sonuna qədər Rusiyada neft hasilatı 510 milyon ton olacaq. Rusiyanın energetika naziri Sergey Tsivilev isə qeyd edib ki, Rusiya Qərbdən Şərqə və Cənuba qaz və neft tədarükünün istiqamətini dəyişib.
DOĞRU.AZ




























