OPEC+ ölkələri çox güman ki, 2024-cü il üçün neft hasilatı sazişinin parametrlərində dəyişiklik etməyəcək.
Bu barədə TASS BƏƏ-nin energetika naziri Süheyl əl-Mazruinin Əbu-Dabidə keçirilən neft-qaz sərgisində verdiyi açıqlamaya istinadən xəbər verir.
Əl-Mazrueinin sözlərinə görə, mövcud sövdələşmənin şərtlərinə hər hansı yenidən baxılması yeni sazişin bağlanması kimi qiymətləndiriləcək. Nazir vurğulayıb ki, ixracatçı ölkələr bütövlükdə 2024-cü illə bağlı razılığa gəliblər və onun ciddi şəkildə icrasını gözləyirlər.
İyunun 4-də OPEC+ ölkələri Vyanada keçirilən görüşün yekunlarına dair rəsmi kommünikeyə əsasən, 2024-cü ildən etibarən gündəlik neft hasilatının ümumi səviyyəsini 40,46 milyon barrelə çatdırmaq barədə razılığa gəliblər.
Mənbə: TASS