image-ads_n1karobka_mobile
image-ria_6666613-pic_32ratio_1200x800-1200x800-99206backend

OPEC+ komitəsi neftin qiymətinin artması fonunda siyasəti dəyişməyəcək

image-add-a-heading

OPEC+ Bazarının Monitorinqi Komitəsinin cümə günü keçiriləcək iclasında hazırkı neft siyasətinə dəyişiklik etmək ehtimalı azdır.

Bu barədə “Reuters” təşkilatdakı altı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, komitənin hazırkı kursu dəyişməməsi ehtimalının səbəbi neftin qiymətinin artmasıdır. Analitiklər deyirlər ki, OPEC+ qiymətləri dəstəkləmək üçün Səudiyyə Ərəbistanının tətbiq etdiyi könüllü hasilat ixtisarını uzada bilər.

Bu həftə Brent markalı neftin qiyməti təklifin azalması və artan tələbin fonunda bir barel üçün 85 dolları keçərək son üç ayın ən yüksək səviyyəsinə yüksəlib. Ekspertlər neftin qiymətinin artmağa davam edəcəyini proqnozlaşdırırlar.

Mənbə: Reuters


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki