Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Macarıstan öz qərarlarını verən suveren ölkədir. Bu, onun ABŞ prezidenti Donald Trampın Kossuth radiosunda Rusiyanın enerji təchizatından imtina tələbinə cavabı olub.
Doğru.az xəbər verir ki, Orban açıqlamasında “Amerikanın da Macarıstan kimi öz arqumentləri və maraqları var… Əgər biz yaxşı münasibətdə olsaq, deyək ki, dostlar, o zaman bir-birimizi dinləyəcəyik, sonra hər kəs öz istədiyini edəcək”, – deyə bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl Macarıstanın Rusiya neftindən imtina etməsinin çətinliklərini anladığını qeyd etmiş, həmçinin Türkiyənin Rusiya neftinin alınmasını dayandıracağına əmin olduğunu söyləmişdi.
DOĞRU.AZ