image-n1karobka_ads
image-123
image-image-694backend

Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

image-ad_qayo_720x110px

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Doğru.az-a bildirilib ki, ixtisas seçmək hüququ olan abituriyentlər Mərkəzin internet portalında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsiqləməlidirlər.

Müsabiqədə yalnız ərizəsini təsdiqləmiş abituriyentlər iştirak edə bilərlər.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az  saytında və “Wolt” tətbiqində sifariş etmək mümkündür.  https://shorturl.at/B4g0M

Jurnalların elektron versiyasını (PDF formatda) “abiturient.az” saytında və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki