image-n1karobka_ads
image-123
image-17569824965789542636_1200x630backend

Orta ixtisas təhsili müəssisələrinin boş yerlərinə qəbul nəticələri açıqlanıb

image-ad_qayo_720x110px

Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul müsabiqəsinin nəticələrini elan edib.

Doğru.az xəbər verir ki, müsabiqədə iştirak üçün 2 533 abituriyent ərizə təqdim edib və onlardan 1 014 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Abituriyentlər nəticələri DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində dərc olunacaq. Jurnalın elektron versiyasını (PDF formatında) sentyabrın 5-dən DİM-in saytının “Elektron xidmətlər” bölməsində ödəniş əsasında əldə etmək mümkündür.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunan abituriyentlər sentyabrın 10-dan 17-dək “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müəssisəyə göndərilməyəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki