image-n1karobka_ads
image-123
image-9bb10905-0000-3a92-b2d4-9749b3d21255_850backend

Ötən gün dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, yağış yağıb

Ötən gün əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  Doğru.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 3, Ordubad, Balakən, Culfa, Beyləqan, Füzuli, Naxçıvan, Gəncə, Ceyrançöl, Qax, Daşkəsən, Sabirabadda 2 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında saniyədə 17, Naxçıvanda isə 16 metrədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36°, Naxçıvan Muxtar Respublikasında 37°, Aran rayonlarında 39°, dağlıq rayonlarda 30°-dək isti olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki