image-2000x150px
image-fotojet-3backend

“Papanin”də narkotik satan şəxslər ƏLƏ KEÇDİLƏRFOTO/VİDEO

image-728x90px

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin” kimi tanınan Asəf Zeynallı və Namiq Məlikov küçələrində əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tədbir zamanı qeyd edilən ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Murad Muxtarov, Ədalət Camalov, Dilavər Qasımov, Rauf Mirzəyev, Zülfi Xəlfəquliyev və Faiq Sadıqov tutulublar. Həmin şəxslərin hər birindən külli miqdarda heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri istifadə etməklə yanaşı paytaxt ərazisində satışı ilə də məşğul olduqlarını da bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı 3-cü mikrorayon ərazisində yerləşən marketlərin birində quraşdırılan “E-manat” terminalını qıraraq orada olan 8400 manatı oğurlayan şəxslər tutulublar. Əməliyyat zamanı hadisəni törədən Tahib Əmiraslanov və Eldar Zeynalov saxlanılaraq istintaqa cəlb ediliblər. Bu şəxslər ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər. Tahib Əmiraslanov və Eldar Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nəsimi Rayon Polis İdarəsinə və ya ərazi üzrə digər ərazi polis orqanlarına məlumat verə bilərlər.

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki