Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, eləcə də məktəbəqədər təhsil müəssisələrinə təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə test imtahanının keçiriləcəyi tarixlər məlum olub.
Doğru.az BŞTİ-yə istinadla xəbər verir ki, test imtahanı mayın 26-27-də baş tutacaq. Bu mərhələdə 4283 nəfərin iştirakı nəzərdə tutulur.
İmtahanın keçiriləcəyi məkan və dəqiq vaxt barədə məlumatlar namizədlərə SMS vasitəsilə təqdim olunacaq.
Namizədlərə ümumilikdə 40 test tapşırığı təqdim ediləcək:
İxtisas üzrə – 20 sual (hər biri 2 bal)
İKT səriştələri – 10 sual (hər biri 1 bal)
Məntiq – 10 sual (hər biri 1 bal)
Cavablandırma üçün ümumilikdə 90 dəqiqə vaxt ayrılıb.
Keçid balı – 35 bal olaraq müəyyən edilib. Bu nəticəni əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Test nəticələri də namizədlərə SMS vasitəsilə göndəriləcək.
DOĞRU.AZ