image-n1karobka_ads
image-123
image-164007074335311552_1200x630backend

Paytaxt üzrə məktəbəhazırlıq qruplarına 22 min 442 uşaq qeydiyyatdan keçib

image-ad_qayo_720x110px

Avqustun 6-sı saat 09:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 22 min 442 uşaq elektron qeydiyyatdan keçib.

İdarədən Doğru.az-a bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-dan saat 11:00-dan, digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-dan aktiv edilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki