image-n1karobka_ads
image-123
image-17561945114072727971_1200x630backend

Peşə təhsili müəssisələrinə qəbulun II mərhələsi başlayıb

image-ad_qayo_720x110px

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Doğru.az-a verilən məlumata görə, II mərhələ üçün www.portal.edu.az platforması üzərindən müraciət edilə bilər. Boş qalan yerlərə sənəd qəbulu 2 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Həmçinin peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin həmin imtahanda əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi iyulun 22-dən avqustun 11-dək 78 peşə təhsili müəssisəsində 152 ixtisas olmaqla 32 min 620 plan yeri üzrə aparılıb. Peşə təhsili müəssisələrinə qəbul olan namizədlərdən 17 min 540 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki