image-n1karobka_ads
image-123
image-screenshot_20250904_220326_gallerybackend

Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

image-ad_qayo_720x110px

Sentyabrın 4-də peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Doğru.az xəbər verir ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Qəbul olunanlar qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölməsindən əldə edə bilərlər.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, II mərhələdə müsabiqədən keçən şəxslər sentyabrın 4-dən 10-dək aşağıdakı sənədləri qəbul olunduqları peşə təhsil müəssisəsinə təqdim etməlidirlər:

attestatın əsli;

sağlamlıq və fiziki inkişafı göstərən müvafiq tibbi arayış;

sistemdən çıxarılan ərizə nümunəsi;

şəxsiyyət vəsiqəsinin surəti;

3×4 sm ölçüdə dörd fotoşəkil;

hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün təsdiqedici sənəd.

Qəbul olunan şəxsin göstərilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 44 000-dən çox namizəd peşə təhsili üçün müraciət edib. 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə 19 292 nəfər 72 597 müraciət daxil edib və ümumilikdə 8 341 nəfər müsabiqədən keçib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki