image-123
image-65c1f4f59cdc465c1f4f59cdc51707209973765fc67f260ea57ca26eb193a2c88fc7backend

Peyvənd edilməyən uşaqlar bağçaya qəbul olunmurlar? – RƏSMİ

image-728x90px

Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndləri tam olmayan uşaqların bağçaya qeydiyyata alınmayacağı ilə bağlı məlumat yayılıb.

Məsələ ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” haqqında qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatında aşağıdakı sənədlər tələb edilir:

– müəssisənin müdirinin adına ərizə;

– valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

– uşaqların mübadilə vərəqəsi;

– uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

– uşağın 3×4 ölçüdə 2 ədəd fotoşəkli;

– sağlamlığının vəziyyəti barədə arayış.

Bildirilib ki, mübadilə vərəqəsi – uşağın doğuşdan etibarən keçirdiyi xəstəliklər və vurulmuş peyvəndlər haqqında məlumatları özündə əks etdirən sənəddir.

“Mübadilə vərəqi də daxil olmaqla, yuxarıda qeyd edilən sənədlərdən hər hansı olmadıqda uşağın bağçaya qəbulu mümkün deyil”, – məlumatda qeyd edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki