image-ads_n1karobka_mobile
PFL prezidenti: “Qarabağda alınmasa, finalı Gəncədə keçirmək istəyirik”backend

PFL prezidenti: “Qarabağda alınmasa, finalı Gəncədə keçirmək istəyirik”

“Keçən dəfə belə qərara gəldik ki, final oyunu “Sabah” klubunun ev oyunlarını keçirdiyi arenada olsun. Bizim üçün ölkəmizin hər yeri əzizdir”.

Doğru.az” xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2020/2021 mövsümündə Azərbaycan Kubokunun püşkatma mərasimində deyib.

PFL rəhbəri deyib ki, həlledici qarşılaşmanı Qarabağda keçirmək niyyətindədirlər: “Əgər orada alınmasa kubokun final matçını Gəncədə təşkil etmək istəyirik. Amma oradakı stadionda vəziyyət yaxşı deyil. Stadion yaxşı olsa, Gəncədə də gerçəkləşə bilər. Kubokun finalı ilə bağlı dəqiq yer demək çətindir.

Final matçında çoxlu sürprizlərimiz olacaq və təşkilatçılığa görə digər finallarımı geridə qoyacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki