Polşanın ən böyük neft emalı zavodu Orlen-in rəhbəri Daniel Obaitek Rusiya neftinin idxalına qoyulan qadağaya görə hər gün 30 milyon dollar itirdiyini bildirib. O, bu barədə Financial Times-a müsahibəsində danışıb.
“Söhbət Rusiyanı dəstəkləməkdən imtina etməkdən gedir. Bu, Rusiyadan neft idxal etməyən bütün şirkətlərə şamil edilən bazar dəyəridir”, – Obaitek bildirib.
O vurğulayıb ki, şirkət hər gün 27 milyon dollar itirir, çünki alternativ Rusiya tədarükü bir barel üçün təxminən 30 dollar bahadır.
Doğru.az