image-n1karobka_ads
image-123
image-army-pic_32ratio_900x600-900x600-24316backend

Polşa ölkənin şərqində əks-kəşfiyyat varlığını genişləndirəcək

Polşa hakimiyyəti Rusiya və Ukrayna ilə sərhədə yaxın yaşayış məntəqələrində ölkənin hərbi əks-kəşfiyyatının mövcudluğunu genişləndirəcək, xüsusən Kalininqrad vilayəti ilə sərhəddən 130 km aralıda Olştında və Polşa yaxınlığındakı Rzeşovda Polşa əks-kəşfiyyat yoxlamaları açılacaq.

Bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış Seymdə deyib.

“Biz Hərbi Əks-Kəşfiyyat Xidmətində yeni yoxlamalar açmaq qərarına gəldik. Bu yoxlamalar Olştında, Rzeşovda, Vrotslavda və çox güman ki, Bıdqoşda açılacaq”, – Polşanın müdafiə departamentinin rəhbəri vurğulayıb.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bildirib ki, dövlət Rusiya və Belarusun ölkədəki vəziyyətə mümkün təsirini araşdırmaq üçün komissiya yaradacaq. Komissiyaya Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəhbəri general Yaroslav Strujik rəhbərlik edəcək.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki