image-n1karobka_ads
image-123
image-polan-pic_32ratio_900x600-900x600-54864backend

Polşa Ukraynaya qoşun yeritmək imkanını rədd edib

image-ad_qayo_720x110px

Polşa milli müdafiə nazirinin müavini Pavel Zalevski bildirib ki, ölkə Ukraynaya öz əsgərlərini göndərmək niyyətində deyil.

O, bu barədə Polşa televiziyasında məlumat verib.

“Mən bu mövzuda Fransanın müdafiə naziri Sebastien Lecornu ilə danışdım, o, NATO əsgərlərinin cəbhəyə göndərilməsi haqqında deyil, NATO əsgərlərinin arxa cəbhədə Ukrayna əsgərlərinə dəstək verməsi barədə danışıb”, – Zalevski bildirib.

Onun sözlərinə görə, Polşa Lekornunun ideyasından əl çəkib, çünki Varşava silah, sursat, avadanlıq və Ukrayna əsgərlərinə təlim verməklə Ukraynanı dəstəkləməkdə daha çox iş görülə biləcəyinə əmindir.

“Polşa əsgərlərinin göndərilməsindən söhbət gedə bilməz və bu, göz qabağındadır”, – Zalevski vurğulayıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki