Polşa parlamentinin üzvləri Baş nazir Donald Tusku Yeni il müraciətində Polşa dövlətinin təsis tarixini səhv qeyd etməklə tarixi dəyişməkdə ittiham ediblər.
Doğru.az xəbər verir ki, Tuskun sözlərinə görə, 2026-cı ilin əvvəli Polşanın yaranmasının 1001-ci ilidir. Halbuki polyaklar dövlətçilik tarixlərini 966-cı ilə — hersoq Meşko I Pyastın vəftiz tarixinə bağlayırlar. Bu açıqlama bəzi siyasətçilər və internet istifadəçiləri arasında qəzəb doğurub.
“Hətta ibtidai sinif şagirdləri belə bilirlər ki, tariximizin başlanğıcı Polşanın vəftizindən başlayır. Əgər baş nazir tarixi yenidən yazmırsa…”, — deyə “Hüquq və Ədalət” fraksiyasının sədri Mariuş Blaşçak bildirib.
Polşa tarixçisi Kamil Yaniçki isə Tuskun açıqlamasını mübahisəli və Yeni il müraciəti üçün qəribə seçim adlandırıb.
Qeyd edək ki, Finlandiya prezidenti Aleksandr Stubb müraciətini əyri və qırışlı qalstukla etmiş, Danimarkanın Baş naziri Mette Frederiksen isə çıxışında ölkəni idarə etməkdəki səhvlərini etiraf etmişdi.
DOĞRU.AZ




























