image-n1karobka_ads
image-123
image-depositphotos_13128803_l-pic_32ratio_1200x800-1200x800-39343backend

Polşada elektrik enerjisinin qiyməti 6 ay müddətinə dondurulub

Polşa Seymi 2024-cü ildə elektrik enerjisinin qiymətlərini altı ay müddətinə dondurmaq qərarına gəlib.

Ev təsərrüfatları üçün elektrik enerjisinin maksimal qiymətləri müəyyən edilmiş limit daxilində istehlak əsasında MVt/saat üçün 412 zloti (təxminən 103 ABŞ dolları) təşkil edəcək ki, bu da ev təsərrüfatlarının növündən və müavinətlərin mövcudluğundan asılı olaraq dəyişir.

Müəyyən edilmiş limitdən artıq Polşa elektrik istehlakçıları hər MVt üçün 693 zloti (təxminən 172 dollar) ödəməli olacaqlar. Bu qiymətlər kommunal şirkətlər və yerli hökumətlər üçün müəyyən edilib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki