image-n1karobka_ads
image-123
image-676959f4ae5ac91aa11c632ebackend

Polşada svastika şəklində zəncəfilli peçenyelərlə bağlı qalmaqal yaranıb

Polşanın İnovroslav şəhərində Milad bayramı şənliklərində kollec tələbələri svastika şəklində zəncəfilli peçenye nümayiş etdirib və Milad mahnıları əvəzinə nasist mahnıları oxuyublar.

Bu barədə Gazeta Wyborcza məlumat yayıb.

“Tələbələr svastika şəklində zəncəfil çörəkləri gətirdilər, fişənglər yandırdılar və nasist mahnıları oxudular”, – məlumatda deyilir.

Qeyd olunur ki, hadisə videoya çəkilib, görüntülərdə tələbələrin nasist jestləri nümayiş etdirməsi və nasist mövzulu mahnılar ifa etməsi əks olunub.

Təhsil Akademiyasının rəhbərliyindən verilən məlumata görə, tədbir iştirakçılarına qarşı təhsil müəssisəsinin əsasnaməsinə uyğun tədbirlər tətbiq olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki