image-n1karobka_ads
image-123
image-2020-03-19-11-54-29wrvv8ul1hmyukp7okdra_filebackend

Polşada tarixi neft və qaz yatağı aşkarlanıb

image-ad_qayo_720x110px

Polşanın şimal-qərbində, Şeçin şəhəri yaxınlığında ölkənin tarixində ən böyük neft və qaz yatağı kəşf olunub.

Doğru.az xəbər verir ki, bu barədə Polşanın TVP 3 telekanalı məlumat yayıb. Yatağın kəşfi Kanadanın Central Europe Petroleum şirkəti tərəfindən elan edilib.

Məlumata görə, Baltik dənizində qazılan quyu 22 milyon ton xam neft və 5 milyard kubmetr sənaye keyfiyyətli təbii qaz ehtiyatını təsdiqləyib. Ümumi ehtiyatlar 33 milyon ton neft və 27 milyard kubmetr qaz təşkil edir.

Qeyd edək ki, may ayının ortalarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə 75 milyard kubmetr təbii qaz ehtiyatı olduğunu açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki