Polşalı fermerlər AK-nin Varşava ofisi qarşısında etiraz aksiyası keçiriblər, onlar şəhərin küçələrində yürüş edəcəklər.
Bu barədə RİA Novosti xəbər verir.
Etirazçıların Varşava küçələrinə “Beş dəfə yox” şüarı ilə çıxdıqları aydınlaşır. Onlar Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalı, Avropa ekoloji standartları və Polşa iqtisadiyyatının tənəzzülü ilə razılaşmadıqlarını göstərmək niyyətindədirlər.
Fermerlərin aksiyasına Avropa İttifaqının və hökumətin meşələrdən istifadə və ovla bağlı siyasətindən razı olmayan ovçu icmasının nümayəndələri də qoşulub.
Bundan əvvəl polşalı fermerlər Ukrayna ilə sərhəddə keçid məntəqəsini bağlayıblar.
DOĞRU.AZ