image-ads_n1karobka_mobile
image-img-20260310-wa0355backend

PR və MarCom üzrə “360 dərəcə Kommunikasiya” kursu başlayır

image-add-a-heading

PR və marketinq kommunikasiyası sahəsində biliklərini artırmaq istəyənlər üçün yeni təlim proqramı elan olunub.

Doğru.az xəbər verir ki, Viva Kommunikasiya Agentliyi tərəfindən təşkil edilən “360 dərəcə Kommunikasiya” adlı kurs apreldə başlayacaq və 2 ay davam edəcək. Bu müddət ərzində hər biri 90 dəqiqə olmaqla ümumilikdə 20 dərs keçiriləcək.

Dərslər əsasən kommunikasiya eksperti Vüqar Baban tərəfindən tədris olunacaq. Eyni zamanda bəzi dərslərə PR və marketinq sahəsində çalışan mütəxəssislər də dəvət olunaraq öz təcrübələrini bölüşəcəklər.

Kurs proqramı 4 moduldan ibarətdir:

• Daxili Kommunikasiya

• İctimaiyyətlə Əlaqələr (PR)

• Marketinq Kommunikasiyaları (MarCom)

• Kommunikasiya Strategiyası

Təlimlər PR və marketinq sahəsində çalışan şəxslər, eləcə də bu sahədə karyera qurmaq istəyənlər üçün nəzərdə tutulub. Kursun sonunda iştirakçılar işlədikləri qurum və ya yaratmaq istədikləri şirkət üçün kommunikasiya strategiyası hazırlayacaqlar.

Kurs barədə ətraflı məlumatı Viva Kommunikasiya Agentliyinin +994 99 672 77 33 nömrəsi vasitəsilə və ya rəsmi saytından əldə etmək mümkündür.

DOĞRU.AZ

image-img-20260310-wa0354


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki