image-n1karobka_ads
image-123
image-17139929054294159872_1200x630backend

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

İngiltərə Premyer Liqasında növbəti oyunlar keçirilib.

Doğru.az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Liverpul” xal itirib. Mersisayd təmsilçisi Liverpul derbisində “Everton”la qarşılaşıb. Görüş Yurgen Kloppun komandasının 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Günün digər oyunlarında “Bournmut” “Vulverhempton”u 1:0, “Kristal Pelas” “Nyukasl Yunayted”i 2:0, Mançester Yunayted” isə “Şeffild Yunayted”i 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra “Liverpul” 74 xalla ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 77 xalla “Arsenal” başçılıq edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki