image-n1karobka_ads
image-123
image-fotojet-2023-02-28t101009-994backend

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununa maraq az olub

image-ad_qayo_720x110px

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunu izləyən azarkeşlərin sayı məlum olub.

Ən yüksək göstərici Tovuzda qeydə alınıb. “Turan Tovuz”un “Zirə”yə 0:2 hesablı məğlubiyyətinə 4 min nəfər canlı şahidlik edib. Ən aşağı göstərici isə Bakıda qeydə alınıb. Bayılda keçirilmiş “Səbail” – “Qəbələ” (2:2) qarşılaşmasını cəmi 12 nəfər tribunadan izləyib.

“Şamaxı”nın evdə “Sabah”a 2:1 hesabı ilə qalib gəldiyi ev oyununda 1000 azarkeş qeydə alınıbsa, “Sumqayıt”ın öz meydanında “Kəpəz”ə eyni hesabla məğlubiyyətinə 800 fanat şahidlik edib.

Turun mərkəzi, həm də bağlanış matçı olan “Qarabağ” – “Neftçi” görüşü də elə böyük maraq çəkməyib. Əzəli rəqiblərin 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmanı 1 851 nəfər tribunadan izləyib.

Beləliklə, turun 5 oyununda ümumilikdə 7 771 azarkeş olub. Bu isə orta hesabla hər qarşılaşmada 1 554 nəfərin tribunada yer alması deməkdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki