image-2000x150px
image-123
image-ads_atlas
image-id-2-1backend

Premyer Liqa: “Qəbələ” “Sumqayıt”ı, “Neftçi” “Səbail”i qəbul edəcək

image-728x90px

Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.

Qarşılaşmalardan biri əyalətdə, digəri paytaxtda baş tutacaq.

Günün ilk görüşündə “Qəbələ” evdə “Sumqayıt”ı sınağa çəkəcək. Hazırda “qırmızı-qaralar” 28 xalla 5-ci, “gənclik şəhəri” təmsilçisi isə 18 xalla 7-ci pillədə yer alıb.

Komandalar bunadək ölkə çempionatında öz aralarında 41 oyun keçiriblər. Bunların 23-ü meydan sahiblərinin, 5-i qonaqların xeyrinə başa çatıb. 13 qarşılaşmada qalib müəyyənləşməyib. Bölgə təmsilçisinin vurduğu 65 qola sumqayıtlılar 30 topla cavab veriblər.

“Qəbələ” son 5 oyunda fərqlənə bilib. “Sumqayıt” 6 matçdır qələbə qazanmır.

Günün son oyununda 45 xalla 3-cü pillədə qərarlaşan “Neftçi” 16 xalla autsayder olan “Səbail”i qəbul edəcək.

İki komanda indiyədək Premyer Liqada 21 dəfə üz-üzə gəlib. Bunların 16-da “ağ-qaralar”, 2-də “dənizçilər” qələbə qazanıblar. 3 qarşılaşma isə heç-heçə ilə başa çatıb. Topların nisbəti də Laurentsiu Regekampfın baş məşqçi olduğu kollektivin xeyrinədir – 46:12.

Azərbaycan Premyer Liqası

XXIII tur

18 fevral

15:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Emin Cəfərov

Qəbələ şəhər stadionu.

17:30. “Neftçi” – “Səbail”

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Bakcell Arena”.

Qeyd edək ki, açılış oyununda “Kəpəz” Gəncədə “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib. Turun “Zirə” – “Qarabağ” və “Sabah” – “Turan Tovuz” matçları fevralın 19-da keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki