image-n1karobka_ads
image-123
image-fotojet-37backend

Premyer Liqada 25-ci tura start verilir: Bu gün bir oyun var

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq. “Zirə” öz meydanında “Şamaxı”nı qəbul edəcək.

24 turdan sonra paytaxt təmsilçisi 35 xalla 4-cüdür. 19 xala malik şamaxılılar isə 8-ci pillədə qərarlaşıblar.

“Şamaxı” son 10 oyunda “Zirə”yə qalib gəlməyib. Bakılılar ardıcıl 7 matçda qol buraxmayıblar.

Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXV tur
3 mart (cümə)

17:00. “Zirə” –  “Şamaxı”

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Zirə İdman Kompleksinin stadionu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki