image-n1karobka_ads
image-123
image-332504798_1241249590074464_4094000752710129932_nbackend

Premyer Liqada turun daha iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.

Əvvəlcə “Şamaxı” öz meydanında “Sabah”ı qəbul edəcək. Şamaxı şəhər stadiounda təşkil ediləcək matç saat 14:30-da start götürəcək.

23 turdan sonra paytaxt təmsilçisi 53 xalla 2-cidir. “Şamaxı” isə 16 xal toplayıb və sonuncu – 10-cu sırada qərarlaşıb.

Günün son matçında “Sumqayıt” və “Kəpəz” üz-üzə gələcəklər. “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Hazırda 18 xalı olan “gənclik şəhəri” təmsilçisi 7-ci, rəqibindən 1 xal az toplayan Gəncə klubu 9-cudur.

Tura dünən start verilib. “Zirə” səfərdə “Turan Tovuz”a 0:2 hesabı ilə qalib gəlib, “Qəbələ” isə Bakıda “Səbail”lə heç-heçəyə razılaşıb. Tura sabah keçiriləcək “Qarabağ”-“Neftçi” görüşü ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXIV

25 fevral (şənbə)

14:30. “Şamaxı” – “Sabah”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu.

17:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki