Prezident İlham Əliyev Albert Zaman oğlu Mustafayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Zaman oğlu Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Prezident İlham Əliyev Tofiq Əhməd Ağa oğlu Bakıxanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam verib.
Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib.



























