Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir, sahibkarlar da sosial məsuliyyətlərini unutmurlar. Bu istiqamətdə fəallığı ilə seçilən iş adamlarından biri də Kamran Quluzadədir.
Doğru.az xəbər verir ki, Kamran Quluzadə mütəmadi olaraq kasıb və aztəminatlı ailələrə, xüsusilə də şəhid ailələrinə maddi və mənəvi dəstək göstərir. O, müxtəlif sosial aksiyalarda iştirak edir, ehtiyacı olan ailələrin problemlərinin həllinə kömək edir.
Sahibkarın sözlərinə görə, şəhid ailələrinin yanında olmaq hər bir vətəndaşın borcudur. O, dövlətimizin apardığı sosial siyasəti dəstəklədiyini bildirir və bu istiqamətdə həyata keçirilən tədbirlərə öz töhfəsini verməyə çalışır.
Kamran Quluzadə, həmçinin Prezident İlham Əliyev tərəfindən yürüdülən sosialyönümlü siyasəti dəstəklədiyini vurğulayır. O qeyd edir ki, dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət cəmiyyət üçün örnəkdir.
Qeyd edək ki, sahibkarın bu addımları cəmiyyətdə rəğbətlə qarşılanır və digər iş adamlarına da nümunə göstərilir.
DOĞRU.AZ

























