image-2000x150px
image-123
image-ads_atlas
image-f74c13a6-8bea-3be3-a8e8-ebf7ede929c6_850backend

Prezidentin köməkçisi “Qarabağ”ın oyununu alqışlayıb

image-728x90px

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Qarabağ” futbol komandasının oyununu alqışlayıb.

Şahmar Mövsümov bu barədə rəsmi tviter səhifəsində yazıb.

“Halal olsun “Qarabağ” Futbol Klubu!!! Son saniyəyə qədər mübarizə aparan aslanlarımıza eşq olsun!”, – Ş.Mövsümov sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya “Frayburq”unu qəbul edib. Rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki