image-2000x150px
image-123
image-ads_atlas
image-43d7e35fb0bc38e575b3136ffa800b78backend

Prokuror Eldar Mahmudovun baş kəşfiyyatçısına ağır cəza istədi

image-728x90px
Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovun general rütbəsi də alınır

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Milli Təhlükəsizliyi Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M.) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun cinayət işi məhkəmə prosesi sona çatmaq üzrədir.

Sentyabrın 28-də  baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Nizami Şirinovun 12 il, Elcan Abdullayev və Nadir Tahirovun hər birinin 11 il müddətinə azadlıqdan mərhum edilmələrini istəyib.

Təqsirləndirilən Elman Tahirovun barəsində olan cinayət işinə cəlbetmə müddətinin ötməsi səbəbi ilə xitam verilməsini istəyib.

Prokuror zamində olan Elcan Abdullayev və Nadir Tahirovun barəsində həbs-qətimkan tədbirinin seçilməsini, məhkəmə zalından həbs olunmalarını tələb edib.

Həmçinin məhkəmədən Nizami Şirinovun general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılması, Nizami Şirinovun əmlaklarının müsadirə olunmasını istəyib.

İstintaq orqanı tərəfindən Nizami Şirinovun barəsində Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirovun barələrində həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Nizami Şirinov və digər şəxslər qulluq mövqeyindən sui-istifadə edib, zərərçəkmiş şəxslərə hədə-qorxu gəlib, onların külli miqdarda vəsaitlərini mənimsəyiblər. Onlar zərərçəkmişlər Dilşad Aslanovadan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, Rahib Ağayevdən 150 min dollar alıblar.

Zərərçəkmiş Mirzəli Yusifov mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları (535 500 manat) maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Digər zərərçəkmişlər Rahib Ağayev tərəfindən Nizami Şirinov və Elcan Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olduğu elan olunub.

Zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki