image-2000x150px
image-fotojet-2022-09-15t162935-153backend

Prokuror “MTN işi”ndə qərarını dəyişdi

image-728x90px

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış polkovniklər Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovu işində prokuror qərarını dəyişib. 

Qaynarinfo xatırladır ki, dövlət ittihamçısı Mövlam Şıxəliyevin 14, Vüsal Ələkbərovla Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Lakin o, son məhkəmə prosesində bildirib ki, Vüsal Ələkbərovun cəzasının artırılmasını, yəni onun 12 yox, 15 il azadlıqdan məhrum edilməsini istəyir.

2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun postundan uzaqlaşdırılması, çoxsaylı generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin tutulmasıyla nəticələnən əməliyyatdan sonra həbs olunanlardan biri də Vüsal Ələkbərov olmuşdu. O zaman məhkəmə ona 12 il həbs cəzası kəsmiş, eyni zamanda, 1,2 milyonluq əmlakının müsadirəsinə qərar vermişdi. Sonradan cəza müddəti 5 ilə endirildi, Ali Məhkəmə əmlakını da özünə qaytardı. Bir müddət də keçdi və Ələkbərov şərti cəza ilə azadlığa buraxıldı. Prokuror bu dəfə ona 15 il həbs istəsə də, əvvəlki 5 ilin ona kəsiləcək cəza müddətindən çıxılmasını təklif edib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki