image-n1karobka_ads
image-123
image-17274434134493018721_1200x630backend

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanının vaxtı açıqlanıb – FOTO 

image-ad_qayo_720x110px

Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqə üzrə sənədləri qəbul olunmuş namizədlər üçün test imtahanı keçiriləcək.

Doğru.az xəbər verir ki, imtahan 10 oktyabr 2025-ci il tarixində saat 10:00-dan etibarən Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 108 ünvanında yerləşən Elektron imtahanlar korpusunda təşkil olunacaq. İmtahan 3 saat davam edəcək və kompüterlər vasitəsilə elektron qaydada aparılacaq.

Namizədlər ödənişi 3 oktyabr saat 09:00-dan 7 oktyabr saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsi vasitəsilə həyata keçirməlidirlər.

Qeyd edək ki, “İmtahana buraxılış vərəqəsi” qeydiyyat başa çatdıqdan sonra DİM-in saytından çap edilməlidir. Namizədlər imtahana 1 saat əvvəl gəlməli, buraxılış vərəqəsi ilə birlikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

İmtahanın sonunda nəticələr dərhal kompüterin ekranında əks olunacaq, eyni zamanda şəxsi kabinetə yüklənəcək.

Əlavə məlumat üçün namizədlər Baş Prokurorluğun rəsmi saytına (www.genprosecutor.gov.az) və ya göstərilən telefon nömrələrinə müraciət edə bilərlər.

DOĞRU.AZ

image-img-20250929-wa0088-1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki