Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Yeni il münasibətilə təbrik teleqramı göndərib.
Doğru.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Teleqramda Putin Kim Çen Ina səmimi Yeni il təbriklərini çatdırıb.
Qeyd olunub ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyinin iclasında Vladimir Putin KXDR ordusunun Kursk bölgəsinin azad edilməsinə verdiyi töhfəni xüsusi vurğulayıb.
DOĞRU.AZ




























