Rusiya sağ qalmış “Şimal axını 2” boru kəməri ilə Avropa ölkələrinə qaz tədarük etməyə hazırdır, lakin Almaniya onu açmaq istəmir.
Doğru.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
O qeyd edib ki, “Şimal axını 2” zədələnsə də, “bir boru canlıdır və yaxşıdır”.
“O, Avropanı qazla təmin edə bilər. Biz hazırıq, xahiş edirəm”, – Rusiya lideri bildirib.
Putin qeyd edib ki, “Şimal axını”nın təxribatını ABŞ kəşfiyyat xidmətləri həyata keçirib. Dövlət başçısı etiraf edib ki, onu ən çox təəccübləndirən Almaniyanın reaksiya verməməsidir.