Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Doğru.az xəbər verir ki, Liqa mərhələsinin VI turunda komandamız Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.
Turnir cədvəlində “Qarabağ” 7 xalla 21-ci pillədə qərarlaşıb. Xalı olmayan “Ayaks” isə sonuncu – 36-cı sıradadır.
DOĞRU.AZ




























