image-2000x150px
image-123
image-ads_atlas
image-636b4a2aa3fd9636b4a2aa3fda1667975722636b4a2aa3fd5636b4a2aa3fd7backend

“Qarabağ”-“Gent” matçına neçə bilet satılıb?

image-728x90px

Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”-“Gent” (Belçika) oyununa bilet satışı davam edir.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artıq bu oyuna 21 min bilet satılıb.

Qeyd edilir ki, satışda bütün kateqoriyalar üzrə biletlər qalıb. Biletləri Iticket.az və kassalardan ala bilərsiniz. Biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.

Xatırladaq ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki