image-2000x150px
image-123
image-ads_atlas
image-b8a21c50-0714-3fc6-b473-5959c5b6d236_850backend

Qarabağ” – “Qalatasaray” oyununa rekord sayda bilet satıldı.

image-728x90px

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Türkiyə “Qalatasaray”ı arasında keçiriləcək xeyriyyə oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam klubundan  verilən məlumata görə, bu gün satışa çıxarılan biletlərin 42 500 ədədi artıq azarkeşlər tərəfindən alınıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən, klubun “Park Bulvar”da yerləşən fan-şopundan, eyni zamanda “Iticket.az”dan da əldə etmək olar.

Qeyd edək ki, martın 26-da oynanılacaq matçdan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki