image-ads_n1karobka_mobile
“Qarabağ” sabah uçur – QURBAN QURBANOVUN ÜZÜ GÜLÜRbackend

“Qarabağ” sabah uçur – QURBAN QURBANOVUN ÜZÜ GÜLÜR

“Qarabağ” Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində səfərdə “Sivasspor”un qonağı olacaq.

Doğru.az xəbər verir ki, ağdamlılar sabah 12 radələrində Bakını tərk edəcək. Azərbaycan çempionu ənənəyə və qaydalara uyğun olaraq Bakıdan Sivasa çarter reysi ilə uçacaq. Və həmin gün axşam oyunun keçiriləcəyi stadionda matçöncəsi son məşqçini keçirəcək.

Komandada cəzalı və zədəli futbolçuların olmaması Qurban Qurbanovu sevindirməyə bilməz. “Keşlə” ilə oyundan əvvəlki məşqdə ayağında ağrılar hiss edən Xayme Romeronun durumu qənaətbəxşdir. İspanın cümə axşamı meydana çıxmaq ehtimalı böyükdür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki