image-2000x150px
image-123
image-ads_atlas
image-1655036642_62a46bc015df362a46bc015df4165494265662a46bc015df162a46bc015df2backend

Qaxda yataq xəstəsinin siqaret çəkməsi YANĞINA SƏBƏB OLDU

image-728x90px

Qaxda 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarəti alıb.

Doğru.Az xəbər verir ki, axşam saatlarında Qax şəhər, Rəşid Behbudov 40 ünvanında yaşayan 61 yaşlı Elsevər Saat oğlu Saatov yuxarı ətrafın yanıq xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.

Müayinə zamanı E. Saatovun yaşadığı ünvanda bədbəxt hadisə nəticəsində yanıq xəsarəti aldığı məlum olub.

Yataq xəstəsi olan E. Saatov siqaret çəkən zaman yanar siqaret kötüyü əlindən yatağa düşüb.

Bundan sonra yataq yanmağa başlayıb.

Yanğın zamanı yorğan və çarpayının ətrafındakı divar kağızı yanıb.

Hadsə nəticəsində E. Saatov xəsarət alıb.

Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki