image-2000x150px
image-123
image-ads_atlas
image-k2backend

 Qaynar suda yanan iki yaşlı Damlanın vəziyyəti ağırdır: Köməyinizə ehtiyacı var

image-728x90px

Ağır yanıq xəsarətləri alan 2020-ci il təvəllüdlü Mirzəyeva Damla Asim qızının köməyinizə ehtiyacı var.

Bu barədə onun anası Nərmin Mirzəyeva  müraciət edib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, qızının üzərinə qaynar su dolu qazan aşıb:

“Hadisə noyabrın 11-də baş verib. Biz Cəlilabad rayonunda yaşayırıq. Qızımın vəziyyəti ağır olduğu üçün oradan birbaşa Bakıya göndəriblər. Hazırda Bakıda xəstəxanalardan birində müalicə alır. Qızım iki dəfə əməliyyat ediləcək”.

Qadın bildirib ki, əməliyyat xəstəxana tərəfindən edilsə də, uşağın dərmanları üçün onlara 1 000 manat pul lazımdır. Qadın maddi vəziyyəti zəif olduğundan imkanlı şəxslərdən onlara dəstək olmalarını xahiş edir.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Nərmin Mirzəyeva ilə əlaqə saxlanılıb. Bildirilib ki, xəstənin müayinə və müalicəsi icbari tibbi sığorta çərçivəsində ödənişsiz həyata keçiriləcək.

Ailə ilə əlaqə nömrəsi: 050-414-63-85 (anası Nərmin Mirzəyeva)

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki