Qazaxıstan hakimiyyəti oktyabrın sonunda Rusiya qazının Özbəkistana nəqlinə başlamaq niyyətindədir.
TASS xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.
İdarə rəisi qazın ölçülməsi üçün ayrıca xəttin ayrılması ilə bağlı işlərin yekunlaşdırılmasından danışıb. Onun sözlərinə görə, qrafikə əsasən, tikinti oktyabrın sonuna kimi başa çatdırılmalıdır.
“Düşünürəm ki, yaxın gələcəkdə bu işlər başa çatdıqdan sonra tranzitin başlandığını elan edə biləcəyik”, – deyə Satqəliyev Rusiya qazının Özbəkistana tədarükünün vaxtı ilə bağlı sualı cavablandırıb.
O, aydınlaşdırıb ki, yanacağın həcmləri Özbəkistan tərəfinin müraciətinə uyğun olaraq razılaşdırılır. Müraciət daxil olan kimi tranzitin konkret həcmi məlum olacaq.
Mənbə: TASS