“Qazprom” qaz kəmərində planlaşdırılmış illik texniki xidmətdən sonra “Türk axını” ilə qaz nəqlini bərpa edib.
Bu barədə holdinqin Telegram kanalında məlumat verilib.
“İyunun 5-dən iyunun 12-dək nəzərdə tutulan “Türk axını” qaz kəmərində nəzərdə tutulmuş planlı təmir işləri başa çatıb. Bu gündən qazın nəqli bərpa olunub”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl bildirilmişdi ki, “Qazprom” mayın 28-nə olan məlumata görə, Sudja qazölçmə stansiyası vasitəsilə 40,3 milyon kubmetr qaz tədarük edir. Ukrayna ərazisindən keçən tranzit xətti hazırda “Şimal axını”nın dağılmasından sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.
Mənbə: Bloomberg