image-2000x150px
image-123
image-ads_atlas
Qənirə Paşayeva və Arzu Bağırova xalq rəssamı Arif Hüseynovun emalatxanasında olublar – FOTOLARbackend

Qənirə Paşayeva və Arzu Bağırova xalq rəssamı Arif Hüseynovun emalatxanasında olublar – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Azərbaycan Respublikasının Xalq rəssamı Arif Hüseynovun emalatxanasında olublar.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova sənətkarın son işləri ilə tanış olaraq, milli miniatür sənətimizin dünəni, bu günü və sabahı üzərində fikir mübadiləsi aparıblar.

Komitə sədri Qənirə Paşayeva sənətkarın emalatxanasından zəngin təəssüratlar aldıqlarını bildirib, ona yeni uğurlar arzulayıb.

Xalq rəssamı Arif Hüseynov Komitə sədri Q.Paşayevaya və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırovaya onun emalatxanasına gəldikləri üçün və geniş fikir mübadiləsi apardıqları üçün təşəkkürünü bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki