image-2000x150px
image-123
image-ads_atlas
image-3b0e25a2-62c2-4c91-b7b4-f4e462a5b5ce-1backend

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının növbəti iclası keçirilib

image-728x90px

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın icrasını təmin etmək məqsədilə yaradılmış Rəy Komissiyasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” və  Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının “Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı elektron təlim kurslarının keçirilməsi ilə bağlı” qrant müsabiqələri çərçivəsində maliyyələşdirilməsi məqsədəmüvafiq hesab edilən layihələrə dair Agentlik tərəfindən rəyin bildirilməsi üçün təqdim edilən müraciətlərə baxılıb.

Müzakirələr zamanı irəli sürülmüş tövsiyələr sonrakı mərhələdə qərarların verilməsi üçün aidiyyəti üzrə Müşahidə Şurasına təqdim edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki