image-n1karobka_ads
image-123
image-17500536481518726175_1200x630backend

Kürdə suyun səviyyəsi artıb – Qıraqkəsəməndə 17 sm yüksəliş

image-ad_qayo_720x110px

Avtomat hidroloji stansiyaların iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yağan leysan xarakterli yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.

Böyük Qafqaz ərazisindən axan Katexçayda 23 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Zabuxçay-Bozluda 9 sm artım qeydə alınır.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb, su sərfi 321 m3/san olmaqla normanın 54%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 32 sm artıb, su sərfi 172 m3/san olmaqla normanın 102%-ni təşkil edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki