image-nerjbanner
image-ads_atlas
image-3ffa9f3a14944c41db98d44a1f06d5bbbackend

Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

image-nerjbanner

Qırğızıstan Daxili İşlər Nazirliyi ölkə sakinlərini icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb və onlara qanunun pozulmasına görə məsuliyyəti xatırladıb.

“Report”un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib.

“Paytaxtda baş verən son hadisələrlə əlaqədar Qırğızıstan Respublikasının Daxili İşlər Nazirliyi vətəndaşları, xüsusən də gəncləri icazəsiz aksiyalarda iştirakdan çəkinməyə və qanunsuz hərəkətlərin törətdiyi fəsadları unutmamağa çağırır”, – məlumatda deyilir.

Nazirlik xatırladıb ki, bu cür hərəkətlər müəssisə və təşkilatların normal fəaliyyətini pozur, vətəndaşların həyat və sağlamlığına real təhlükə yaradır, habelə paytaxt sakinlərinin sərbəst hərəkət etmək hüquqlarını pozur.

Qeyd edək ki, mayın 13-də əcnəbi tələbələrin yaşadığı yataqxanalarından birinin həyətində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə yerli sakin döyülüb. Yerli KİV-in məlumatına görə, mayın 17-si axşam yüzlərlə yerli sakin yataqxananın qarşısında toplaşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və saxlanılanlar var.

DOĞRU.AZ

 

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki