image-n1karobka_ads
image-123
image-17299783571196410986_1200x630backend

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən 143 nəfər test imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən Doğru.az-a bildirilib ki, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) təşkil ediləcək. İmtahan vermək üçün 143 nəfər qeydiyyatdan keçib.

Saat 11:00-da başlanacaq imtahan bir saat davam edəcək.

Namizədlər imtahana gələrkən kalkulyator, şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

İmtahan 9 istiqamət üzrə keçirilir. Namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki